Yeni arxeoloji nümunələrin tədqiqinə başlanılıb

Yeni arxeoloji nümunələrin tədqiqinə başlanılıb
  28 May 2019    Oxunub:2102
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, arxeoloji tapıntıların tarixləndirilməsi qrupunun üzvü Aybəniz Əhədova yeni arxeoloji nümunələrin tədqiqinə başlayıb.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası Bərdə rayonunun Əmirli kəndi ərazisində arxeoloji tədqiqat işləri aparıb. Tədqiqat işlərində iştirak edən Aybəniz Əhədova qazıntı sahəsinin müxtəlif səviyyələrindən saxsı fraqmentlər, sümük və diş nümunələri götürüb, nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçüb. Bu nümunələr Radiasiya Problemləri İnstitutunda xüsusi laboratoriyada ilkin mərhələdə işlənildikdən sonra termolüminessensiya və elektron paramaqnit rezonans metodlarının tətbiqi ilə analiz ediləcək və onların şərti yaşları təyin olunacaq.

Azvision.az



Teqlər: AMEA   Təhqiqat  





Xəbər lenti