Respublika fənn olimpiadalarının nəticələri açıqlandı

  27 May 2019    Oxunub : 1584
Respublika fənn olimpiadalarının nəticələri açıqlandı
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

Qaliblərin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək.

Xatırladaq ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilib.

Azvision.az

Teqlər: Olimpiada