Suriya sülh danışıqları yenə təxirə düşdü

Suriya sülh danışıqları yenə təxirə düşdü
  25 Noyabr 2013    Oxunub:1056
BMT: "Suriya “Cenevrə 2” sülh danışıqları yanvarın 22-də keçiriləcək"
Artıq bu üçüncü dəfədir ki, Suriyada Cenevrə 2 sülh danışıqlarının keçirilməsi yenidən təxirə salınıb. Bu barədə AzVisio.az qərb mətbuatına istinadən məlumat verir.

BMT baş katibinin ofisindən verilən xəbərdə bildirilir ki, Suriya sülh danışıqları 2014-cü ilin yanvar ayının 22-də Cenevrədə keçiriləcək. Bundan öncə danışıqların dekabr ayında keçiriləcəyi açıqlanmışdı.

Ekspertlərin fikrincə danışıqların təxirə düşməsində həm hakimiyyət, həm də müxalifət qüvvələri maraqlıdırlar. Bundan öncə Suriya müxalifəti koalisiyasının sədri sülh danışıqlarına hazırlıq məqsədilə daha çox zamana ehtiyac olduğunu bəyan etmişdi.

Digər tərəfdən Suriya hakimiyyəti də danışıqlara qədər döyüş meydanlarında daha çox nailiyyətlər əldə etmək istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti