Finalla bağlı avtobus reyslərinin vaxtı artırılıb

  29 May 2019    Oxunub : 570
Finalla bağlı avtobus reyslərinin vaxtı artırılıb
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
BBAK-dan Azvision.az -a verilən məlumata görə, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və "Qırmızı Körpü" istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları cəlb edib".

Azvision.az

Teqlər: BBAK   UEFAAvropaLiqası