Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlandı

 Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlandı
  29 May 2019    Oxunub:1731
Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti