Sabah bəzi yerlərdə qaz olmayacaq

Sabah bəzi yerlərdə qaz olmayacaq
  25 Noyabr 2013    Oxunub:1212
Bir neçə rayona fasilə ilə qaz veriləcək
Təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan 17:00-dək “Quba” Qazpaylayıcı Stansiyasında, “Quba” və “Qəçrəş” ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək “Sulutəpə” Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan 18:00-dək “Xudat” Avtomatik Qazpaylayıcı Stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində, saat 11:00-dan 13:00-dək “Böyükşor” Qazpaylayıcı Stansiyasında, saat 11:00-dan 14:00-dək “Kövər” Qazpaylayıcı Stansiyasında, saat 14:00-dan 15:00-dək isə “Sahil-2” qaz ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Quba rayonuna, Binəqədi, Xəzər və Sabunçu rayonlarının bir hissəsinə, Xaçmaz rayonunun Xudat şəhərinə və Yevlax rayonunun Kövər kəndinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti