Avropa Birliyi Rusiyanı günahlandırır

Avropa Birliyi Rusiyanı günahlandırır
  25 Noyabr 2013    Oxunub:958
Kremlin təzyiqlərinə baxmayaraq Kiyevin AB ilə tərəfdaşlıq imzalaya bilər.
Avropa birliyi – Putin- Yanukovi, qalmaqalı hələ də gündəmdədir.
Avropa birliyi Rusiyanı günahlandırır. Ukrayna prezidenti Viktor Yanikoviç isə Vilnüsdə keçiriləcək sammitdə iştirak edəcəyini bəyan edib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Birliyi Rusiyanı Ukraynaya təzyiqlər etdiyinə görə suçlayan rəsmi bəyanat qəbul edib. Bu barədə məlumat qurumun saytında yer alıb. Avropa Birliyinin (AB) prezidenti Herman van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barozzo şəxsində verilən bəyanatda deyilir ki, Kremlin təzyiqlərinə baxmayaraq Kiyevin AB ilə tərəfdaşlıq təklifini qəbul etmək imkanı qalır.

Bəyanatda həmçinin qeyd edilir ki, ölkə vətəndaşları son günlər Avropaya inteqrasiya istəyini nümayiş etdirirlər. Ukrayna prezidenti Viktor Yanikoviç isə ölkənin qurumla assosiativ üzvlüyü ilə bağlı sənədin imzalanmasının təxirə salınmasına baxmayaraq dekabrın 28-29-da AB-nin Vilnüsdə keçiriləcək sammitə qatılacağını bəyan edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti