Diplomlarımız Türkiyədə tanınmır? - Nazirlikdən açıqlama

Diplomlarımız Türkiyədə tanınmır? -   Nazirlikdən açıqlama
  30 May 2019    Oxunub:3416
Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Azvision.az xəbər verir ki, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli yayılan informasiyaların dəqiq olmadığını bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, Türkiyə tərəfindən hansısa universitetlərin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb.

"Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Hər bir Azərbaycan universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsilin keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək".

Qeyd edək ki, Türkiyədə magistr təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik, Odlar Yurdu, Azərbaycan Texnologiya universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti