Parlament beynəlxalq sənədi təsdiq etdi

Parlament beynəlxalq sənədi təsdiq etdi
  30 May 2019    Oxunub:1348
Azərbaycanda daha bir beynəlxalq sənəd ratifikasiya olunub.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı ölkəmizin bu sənədə qoşulmasının vacibliyi qeyd olunub.

Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti