Məktəblilərin vahid geyim formaları olacaq
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışı zamanı deyib.
"Əvvəllər məktəblər formalarını özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".
Aytən Zəhra
Azvision.az
Teqlər: İdris-İsayev