Yeni ehtiyat dərsliklər istifadəyə veriləcək

Yeni ehtiyat dərsliklər istifadəyə veriləcək
  30 May 2019    Oxunub:2739
"2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur".
Azvision.az xəbər verir ki, bunu Təhsil İnstitutunun "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: "Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbin 123 sinfində 3 244 şagird üçün ehtiyat dərsliklərin sınaq prosesi keçirilir. Nəticələr bu ilin yay ayında müzakirə edilərək müxtəlif təkmilləşmə işləri aparılacaq. Dərsliklərin gələn il istifadəyə verilməsi planlaşdırılır".

Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: "Yəni birinci hissə I yarımil, ikinci hissəsi isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dilində olacaq".

O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tədbiq olunacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: Dərslik  





Xəbər lenti