Sumqayıtda məktəb yandı – FOTO, VİDEO

Sumqayıtda məktəb yandı – FOTO, VİDEO
  26 Noyabr 2013    Oxunub:1376
Bu gün saat 18 radələrində Sumqayıt şəhərində "Birləşmiş məhəllə"də yerləşən internat məktəbində güclü yanğın baş verib. AzVision.az musavat.com-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlər məktəbin anbarında baş verən yanğının qarşısını alıblar. Yanğın nəticəsində 150 kvadratmetrlik ərazi yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb. Qeyd edək ki, məktəbin bir hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıb. Yanğına görə onların bir hissəsi evakuasiya olunub.




Teqlər:  





Xəbər lenti