Sabah TOEFL və SAT imtahanları keçiriləcək

Sabah TOEFL və SAT imtahanları keçiriləcək
  31 May 2019    Oxunub:1817
Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 1-də TOEFL IBT və SAT imtahanları keçiriləcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

SAT imtahanında iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaq. İmtahan saat 08:30-da başlanacaq və 3 saat 45 dəqiqə (fasiləsiz) davam edəcək.

TOEFL IBT imtahanı isə saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır. SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı qeyd olunan linkdən əldə etmək mümkündür: https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/sat/

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti