Amerikada qar fırtınası: ölənlər var

Amerikada qar fırtınası: ölənlər var
  26 Noyabr 2013    Oxunub:1981
Amerikanın qərb bölgəsində güclü qar fırtınası 20 nəfərin həyatına son qoyub.
Sinoptiklərin verdiyi məlumata əsasən, ABŞ-ın Kaliforniya ştatının cənubunda başlayan qar fırtınası Texas ərazisinə keçib. Fırtınada insanların ölümünə yol açan əsas səbəb avtomobil qəzaları və elektrik dirəklərinin aşmasıdır. Hətta ştatın bəzi yerlərində evləri də su basıb.

Ən azı 35 insan ölümcül vəziyyətdə xəstəxanalara çatdırılıb.
İctimai Təhlükəsizlik İdarəsinin verdiyi məlumata əsasən, güclü fırtına Kaliforniya, Nevada , Arizona, Nyu-Meksika ştatlarında da müşahidə edilib.

Artıq fırtınanın Atlantik okeanı sahillərinə irəlilədiyi və daha da sərtləşəcəyi proqnozlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti