Putin Papa ilə görüşdü

Putin Papa ilə görüşdü
  26 Noyabr 2013    Oxunub:1150
Görüş planlaşdırıldığından 2 dəfə çox davam edib
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Roma Papası II Fransisk ilə 35 dəqiqə davam edən təkbətək görüşü Vatikanda baş tutub. Bundan əlavə, Putin Vatikanın Dövlət katibi Pyetro Parolinlə də danışığı olub.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüşün “çox yaxşı” keçdiyini bildirib. İtaliyaya səfəri çərçivəsində baş tutan görüşdən sonra Putin Romada İtaliya prezidenti Corcio Napolitano ilə bağlı qapılar arxasında danışıqlar aparıb.

Xatırladaq ki, 2009-cu ilin dekabrında Rusiya ilə Vatikan arasında diplomatik münasibətlər qurulduqdan sonra Rusiya liderləri katolik xristianlığının mərkəzinə 3 dəfə səfər ediblər.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti