"Milan" yeni baş məşqçisini A seriyasında tapdı

  06 İyun 2019    Oxunub : 471
"Milan" yeni baş məşqçisini A seriyasında tapdı
İtaliyanın "Milan" klubu "Sampdoriya"nın çalışdırıcısı Marko Campaolo ilə razılığa gəlib.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, onunla 2 illik müqavilə imzalanacaq. 51 yaşlı mütəxəssis yeni klubunda illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, "Milan" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Milan   ASeriyası   Sampdoriya   Futbol