Türkiyədə 3 azərbaycanlı qaçaqmalçı tutuldu
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Gömrük və Ticarət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Gömrük Mühafizənin işçiləri Atatürk Hava limanından çamadanlarında 2000 ədəd mobil telefonu aparmağa cəhd edən şəxsləri saxlayıblar.
Nazirlikdən verilən məlumata görə, həmin şəxslər 4 nəfər olub və onların 3-ü azərbaycanlıdır. Çamadanlardan tapılan telefonların ən son model telefonlar olduğu qeyd olunur.
Saxlanılan şəxslər barəsində qaçaqmalçılıq maddəsi üzrə cinayət işi başlanılıb.
Sevinc İltifatqızı