Tramp Stoltenberqi özünün pərəstişkarı adlandırıb

Tramp Stoltenberqi özünün pərəstişkarı adlandırıb
  07 İyun 2019    Oxunub:1437
ABŞ Prezidenti Donald Trump NATO-nun baş katibi Yens Stoltenberqi özünün ən böyük pərəstişkarı adlandırıb.
Azvision.az xəbər verir ki, Trampın fikrincə, 15 ildən sonra ilk dəfə NATO-nun büdcəsinə ayrılan vəsaitlər azalmayıb, əksinə xeyli artıb.

“Stoltenberq deyəsən, Trampın ən böyük fanatıdır. O, bu günlərdə bir nitq söylədi. Bildirdi ki Trampsız NATO da olmazdı”.

Tramp əlavə edib ki, NATO-ya daxil olan digər ölkələr büdcəyə artıq 100 milyard dollardan çox vəsait göndəriblər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti