Konqresə 2 min dəfə zəng etdi, “başınızı kəsəcəyəm” dedi

Konqresə 2 min dəfə zəng etdi, “başınızı kəsəcəyəm” dedi
  07 İyun 2019    Oxunub:1489
Amerikanın Yuta ştatının məhkəməsi 13 ay ərzində konqresə iki min dəfədən çox zəng edən və konqresmenlərə qarşı təhdid səsləndirən şəxsi həbs edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı Skott Brayan Heyven ilk dəfə 2018-ci ilin may ayında bu addımı atıb. Həmin şəxs iki senatorun başını kəsəcəyini deyib.

O, həmin gün 32 dəfə Kapitoliyə zəng edib. Qeyd edilib ki, təhdidlər 5 senator, 5 konqressmen və keçmiş dövlət katibi Con Kerriyə qarşı ünvanlanıb.

Heyven sağlamlığa zərər vurmaqla bağlı ittiham olunur. Buna görə onu 5 illik həbs cəzası və ya 250 min dollar cərimə gözləyir. Hakim saxlanılan şəxsi cəmiyyət üçün təhlükəli hesab edib və onun araşdırma müddətində həbsdə saxlanılması barədə qərar qəbul edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Yuta   Ştat  





Xəbər lenti