Gürcülərin 80 faizi NATO-ya üzvlüyü dəstəkləyir

Gürcülərin 80 faizi NATO-ya üzvlüyü dəstəkləyir
  07 İyun 2019    Oxunub:1761
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib ki, onun ölkəsi NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlüyə layiqdir.
Azvision.az xəbər verir ki, Baxtadze bu barədə San-Fransiskoda keçirilən ictimai forumda deyib. Onun sözlərinə görə, Gürcüstan xalqının 80 faizi NATO-ya və Ai-na üzvlüyü dəstəkləyir.

“Bu, siyasi rəhbərlik tərəfindən qəbul edilən qərar deyil, təşəbbüs xalqlardan gəlir " - deyən Baxtadze, həmçinin etiraf edib ki, NATO və Avropa İttifaqına "bir gündə" qoşulmaq mümkünsüzdür.

"Gürcüstanın NATO-ya və Aİ-na üzv olması geosiyasi kontekstdən asılıdır".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti