İki azərbaycanlı ermənini udub çempion oldu - VİDEO

 İki azərbaycanlı ermənini udub çempion oldu -    VİDEO
  07 İyun 2019    Oxunub:9636
Gürcüstanda yeniyetmələr arasında karate üzrə beynəlxaq turnir keçirilib.

Azvision.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən yeniyetmə karateçilərdən ibarət komanda möhtəşəm qələbələrlə Vətənə dönüblər. Belə ki, Azərbaycanın 7 döyüşçüsü 1-ci, 4 döyüşçü 2-ci, bir nəfər isə 3-cü yeri tutub.
10 yaşlı idmançımız Abdulrəzimov Polad Mahir oğlu öncə gürcü idmançıya qalib gələrək adını finala yazdırıb, daha sonra isə erməni rəqibini məğlub etməklə çempion adını qazanıb.

Digər təmsilçimiz Rəşidov Rəşid Ramir oğlu da finalda erməni rəqiblə üz-üzə gəlib. Azərbaycanlı idmançı döyüşü qələbə ilə başa vuraraq birinci yerə layiq görülüb.



Qeyd edək ki, idmançılarımız KWF-nın Azərbaycan nümayəndəsi Rza Mustafayevin rəhbərliyi ilə yarışlarda iştirak ediblər. O, bildirib ki, yarışda 704 iştirakçıdan 124-ü erməni, 12 döyüşçü isə azərbaycanlı olub. 12 döyüşçümüzün hamısı turnirdə yer tutub.

Azvision.az



Teqlər: Gürcüstan   Karate  





Xəbər lenti