Erməni spiker Azərbaycanı hədələyir

Erməni spiker Azərbaycanı hədələyir
  26 Noyabr 2013    Oxunub:1369
Bu barədə Ermənistan parlamentinin spikeri Ovik Abramyan bəyan edib.
“Dünya ermənilərini narahat edən əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll olunmasıdır”. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Ovik Abramyan Argentinanın paytaxtı Buenos-Ayresdə erməni icmasının üzvləri görüşündə bildirib.

“Sizi əmin etmək istəyirəm ki, qonşu Azərbaycanın müharibə təhdidlərindən asılı olmayaraq biz münaqişənin Ermənistanın xeyrinə həlli üçün əlimizdən gələni edəcəyik. Bunun üçün hər cür imkanlarımız var. Qabaqcadan tədbirlər görülüb, ilkin şərtlər var. Hər şeydən əvvəl, Ermənistanın döyüşə hazır ordusu var” deyən erməni spiker özü də dolayı yolla Azərbaycanı müharibə ilə hədələdiyini fərqinə varmır. Abramyan ikibaşlı çıxışında bir dəfə də olsun, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd etməyib.

Erməni spiker gələcəkdə Ermənistan, “Qarabağ Respublikası” və diaspora birliyinin daha da güclənəcəyinə ümidini ifadə edib. “Əminəm ki, hamımız , Ermənistan- Dağlıq Qarabağ - Diaspora üçlüyü ümummilli layihələri birgə həyata keçirməklə erməni xalqını daha güclü edə bilərik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti