Xəzərdə rusiyalı brakonyerlər güllələnib
Qazaxıstan Sərhəd Xidmətindən verilən məlumata görə, brakonyerlər, Xəzər dənizinin Qazaxıstana aid sularının şimal hissəsində iki ədəd “bayda” tipli qayıqla üzərkən aşkarlanıb. Sərhədçiləri görən brakonyerlər qaçmağa cəhd ediblər.
Brakonyerlər xəbərdarlığa məhəl qoymadıqlarından sərhədçilər atəş açmağa məcbur olublar. Nəticədə qayıqların birində olan 4 Rusiya vətəndaşından biri həlak olub.
Qazaxıstan sərhəd xidmətinin məlumatına görə, saxlanılanlardan ikisi daha öncə, cinayətkar dəstənin tərkibində Qazaxıstan sərhədlərini pozub və məsuliyyətə cəlb olunublar.
AzVision.az
Teqlər: