Tramp Ayı Marsla səhv saldı

  08 İyun 2019    Oxunub : 810
 Tramp Ayı Marsla səhv saldı
ABŞ prezidenti Donald Tramp Ayı Mars planetinin bir hissəsi adlandırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə "Tvitter" səhifəsində yazıb: “NASA… daha böyük şeylərə fokuslanmalıdır. Məsələn Marsa ( Ay onun bir hissəsidir)”.

ABŞ prezidentinin tviti istifadəçilər arasında böyük səs-küyə səbəb olub. Bir çoxları onu savadsızlıqda ittiham edib. Hətta Trampın fikirləri əsasında karikaturalar da çəkilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tramp   ABŞ