ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
  08 İyun 2019    Oxunub:1763
ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın neft-kimya müəssisələri ABŞ-ın sanksiya siyahısına əlavə edilib.

Sanksiyalar xüsusilə Pentaqon tərəfindən iki Səudiyyə Ərəbistanı tankeri, BƏƏ gəmisi və bu ölkənin sahili yaxınlığında Norveç tankerinə qarşı hücumda ittiham olunan İran İslam inqilabı Keşikçiləri korpusunun maliyyələşdirilməsində şübhəli bilinən "Persian Gulf Petrochemical Industries Company" şirkətinə qarşı yönəlib.

“Sanksiyaları tətbiq etməklə biz İranın neft-kimya sektorunun əsas oyunçularının maliyyələşdirilməsini kəsmək istəyirik”, - deyə ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti