Soçi olimpiyadasında rekord bilet satışı

Soçi olimpiyadasında rekord bilet satışı
  26 Noyabr 2013    Oxunub:1234
Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına biletlərin satışı rekord həddə çatır. Satışlar əsas bilet mərkəzlərinin açılmasından sonra 3 dəfə artıb.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarında satışa çıxarılan biletlər sürətlə satılır. Satışlarda ilk mərhələ 2013-cü il fevralın 7-dən mayın 31-dək davam edib.

Bu zaman biletlərin satışı ərazi göstərilmədən həyata keçirilirdi. Yayda proses dayandırılsa da, oktyabrın 10-da yenidən bərpa olundu. Bu dəfə bilet satışı mərkəzləri fasiləsiz olaraq, 2014-cü il martın 16-a, Paralimpiya oyunlarının sonuna qədər xidmət göstərəcək.

Xatırladaq ki, Oyunlar üçün nəzərdə tutulan ümumi bilet sayının 70%-i Rusiya sakinləri üçün nəzərdə tutulub.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti