Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” üzən qazma qurğusunun (hazırda fəaliyyət göstərməyən) yağ nasosxanasında 50 m² sahədə yağ və mazut qalıqları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.