Maşınla vurulan piyada xəstəxanada ölüb

  08 İyun 2019    Oxunub : 521
Maşınla vurulan piyada xəstəxanada ölüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, iyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza