Xaçaturovun Ermənistandan çıxışına qadağa qoyuldu

Xaçaturovun Ermənistandan çıxışına qadağa qoyuldu
  09 İyun 2019    Oxunub:2182
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş rəisi Yuri Xaçaturovun ölkədən çıxışına qadağa qoyulub.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.
Bildirib ki, Ermənistan sərhədçiləri Xaçaturovun Gürcüstana getməsinə icazə verməyiblər.

Qeyd edək ki, Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. O, 2008-ci il 1 mart aksiyasının dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

Azvision.az



Teqlər: Xaçaturov  





Xəbər lenti