Dunaydakı gəmi qəzasında ölənlərin sayı 20-ə çatıb

   Dunaydakı gəmi qəzasında ölənlərin sayı 20-ə çatıb
  09 İyun 2019    Oxunub:1822
Macarıstanın Budapeşt şəhərinin mərkəzindən keçən Dunay çayında Cənubi Koreyadan olan turistləri daşıyan gəzinti katerinin batması nəticəsində ölənlərin sayı 20-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Macarıstan Daxili İşlər Nazirili məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 7-i koreyalı, 1-i macar olmaqla itkin düşən 8 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, 33-ü Cənubi Koreyalı turist olmaqla göyərtəsində 35 nəfərin olduğu səyahət kateri Dunay çayında mayın 29-da batıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Dunay   Qəza   Turist  





Xəbər lenti