Ukraynada tələbələr də etiraz aksiyalarına qoşulub
Taras Şevçenko adına Kiyev Milli Universiteti və “Kiyev-Moqilyan akademiyası” Milli Universitetinin tələbələri kolon şəklində Müstəqillik meydanındakı etirazçılara qatılıblar. Tələbə hərəkatlarının rəhbərləri etirazların noyabrın 29-na kimi Avropa Birliyinin Vilnüs sammitinin son gününə qədər davam edəcəyini bildirib.
Xatırladaq ki, Ukrayna hökümətinin Avropa Birliyi ilə danışıqları dayandırdığı gün Müstəqillik meydanına 100 min etirazçı çıxmışdı.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


