Ayının dilini dişləyən gənc ölümdən qurtuldu

Ayının dilini dişləyən gənc ölümdən qurtuldu
  10 İyun 2019    Oxunub:2704
Rusiyanın Tuva Respublikasının Piy Xem rayonunda 29 yaşlı oğlana ayı hücum edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikolay İqrit adlı gənc ona hücum edən ayının dilini dişləməklə ondan canını qurtara bilib.

Belə ki, dostları ilə birgə Xutunskiy qoruğuna gedən Nikolay orada maral buynuzu yığımaq istəyirmiş. Dostlarından aralı düşən gəncə ayı hücum edib. Üzünü parçalayan ayını qorxutmaq istəyən oğlan onun dilini dişləyib. Bundan sonra heyvan Nikolaydan uzaqlaşaraq qaçıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ayı   Tuva  





Xəbər lenti