Fransa ilə iqtisadi əməkdaşlıq inkişaf edəcək

Fransa ilə iqtisadi əməkdaşlıq inkişaf edəcək
  27 Noyabr 2013    Oxunub:1537
Samir Şərifov: Azərbaycan ilə Fransa nəqliyyat sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.

Azərbaycan və Fransa arasında əməkdaşlıq həm iqtisadiyyat, həm də humanitar sahələrdə müxtəlif istiqamətlər üzrə inkişaf edəcək. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov çərşənbə axşamı Bakıda keçirilmiş Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının VII iclasının nəticələrinə həsr olunmuş birgə mətbuat konfransında deyib.

"Azərbaycan Hava Yolları" QSC aviasiya təhlükəsizliyi sahəsində fransalı həmkarları ilə fəal işləyir. Bu əməkdaşlıq təyyarələrin alışı ilə məhdudlaşmır. Bundan başqa, Azərbaycanın aviadaşıyıcısı təyyarələrin istismarının təhlükəsizliyi, təyyarələrin idarə edilməsi və digər sahələrdə Fransadan olan tərəfdaşlarla işləyir.

Digər tərəfdən, Azərbaycan ictimai nəqliyyat sahəsində Fransa ilə fəal əməkdaşlıq edir.

S.Şərifovun sözlərinə görə, Fransanın müvafiq şirkətləri Azərbaycanın şəhərlərində nəqliyyat infrastrukturunun, habelə Bakı Metropoliteninin inkişafında iştirak etməyə maraq göstərirlər: "Onlar tərəfindən əməkdaşlığa dair təkliflər paketi hazırlanıb. Bundan əlavə, Fransa şirkətləri Gəncədə tramvay xəttinin salınması, Azərbaycan dəmiryollarının inkişafı və digər layihələrlə maraqlanırlar".


Teqlər:





Xəbər lenti