Ruhi xəstəxanada yanğın: 6 nəfər ölüb

  11 İyun 2019    Oxunub : 1280
 Ruhi xəstəxanada yanğın: 6 nəfər ölüb
Ukraynada ruhi xəstəxanada baş verən yanğın zamanı 6 nəfər ölüb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın axşam saatlarında Odessada yerləşən ruhi xəstəxanada baş verib.

Yanğın zamanı binada olan 15 nəfərdən 4-ü hadisə yerində ölüb. Ağır yaralı olan 6 nəfərdən 2-si isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri tibb bacısı, digərləri xəstəxanada müalicə alan xəstələrdir.

Polisin verdiyi məlumata əsasən, yanğın baş verən zaman binada 48 xəstə və 3 tibbi işçisi olub. Yanğının səbəbləri araşdırılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ukrayna   Yanğın   Xəstəxana