Pakistanda qatar məktəbliləri vurdu

Pakistanda qatar məktəbliləri vurdu
  27 Noyabr 2013    Oxunub:1155
Pakistanda qatar məktəbli dolu rikşanı vurub
Pakistanın Sind vilayətində sərnişin qatarı uşaqları məktəbə aparan rikşanı vurub. AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis noyabrın 26-da məlumat yayıb.

Pakistanın Geo TV telekanalının məlumatına görə, hadisə nəticəsində sürücü və səkkiz uşaq dünyasını dəyişib. Daha bir neçə məktəbli xəstəxanadadır və onların durumu kritikdir. Hadisə qurbanlarının yaşı 5-15 arasında dəyişir.

Polisin məlumatına görə, rikşa yaxınlaşan qatarı görməyərək dəmir yolunun üzərinə çıxıb. Onun nəqliyyat vasitəsi relslərdə ilişib qalıb. O, sərnişinləri düşürə bilməyib.


Teqlər:





Xəbər lenti