Bu il magistraturaya 8203 plan yeri ayrılıb

Bu il magistraturaya 8203 plan yeri ayrılıb
  11 İyun 2019    Oxunub:2954
2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ümumilikdə 8203 plan yeri ayrılıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub. Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.


Magistraturaya qəbul aparılan 75 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla BURADAN tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: DİM   Magistratura  





Xəbər lenti