Elşad Abdullayevin mükafat fırıldaqları

Elşad Abdullayevin mükafat fırıldaqları
  07 Fevral 2013    Oxunub:2046
Elşad Abdullayevin vəkilinin iddiasına görə, onun əldə etdiyi mükafatlar və təltiflər sırasında hətta Rusiya Prezidenti Putin tərəfindən “verilmiş" saat, “1-ci dərəcəli Yenilməz Pyotr" ordeni, “Təhsil sahəsində Rusiya elminə verdiyi böyük töhfəyə görə" ordeni, “Sülh ordeni", hətta “Beynəlxalq Sokrat" medalı və s. təltiflər var.
Amma “Təzadlar" qəzetinin ünvanına Rusiyada vaxtilə ABU-nun Moskva filialında E.Abdullayevlə birgə fəaliyyət göstərmiş, hələlik özünün xahişi ilə adını və soyadını açıqlamayan professor tərəfindən hamını şoka salacaq bir material göndərilib. Adını şərti olaraq Rasim Mehdi kimi göstərən müəllif hazırda Rusiyanın ali təhsil müəssisələrinin birində pedoqoji fəaliyyətlə məşğuldur.
O, yazır: “...Bu mükafatları görəndə adam istəyir E.Abdullayevi yer üzünün ən görkəmli alimi kimi tanıyıb, qarşısında səcdə etsin. Amma mən Moskvada yaşadığımdan, həmin mükafatlar barədə Rusiyanın aidiyyəti qurumlarına müraciət etdim, məlum oldu ki, hamısı saxtadır və bəzi işbazlar onunla əlaqəyə girərək, saxta mükafatlar hazırlayıb ona pul müqabilində sırıyıblar. Təbii ki, E.Abdullayev bunları bilib və bilərəkdən özü barədə fantastik alim və ya ictimai xadim obrazı yaratmaq istəyib. Özündən razılığın ən yüksək, ifrat səviyyəsi! Sadəcə, adam dəhşətə gəlir... Məsələn, bu mükafatların içərisində biri diqqətimi xüsusilə çəkdi. Məlum olur ki, Rusiya Prezidenti V.Putin Elşad Abdullayevə Rusiya elm və təhsilinə verdiyi böyük töhfələrə görə qol saatını bağışlayıb. Təbii ki, bu mükafat Vladimir Putinin evində, yaxud hansısa restoranda E.Abdullayevlə yeyib-içəndə verilməyib. Çünki bir ölkənin Prezidenti belə bir mükaftı verirsə, ciddi protokol qaydalarına görə, ölkə prezidentinin Adminstrasiyası bu barədə mediada rəsmi məlumat yayır. Bu dəfə də elə olmalı idi. Mən hələ o vaxt Rusiya Prezidentinin həmin dövrlər üzrə rəsmi xronikasını araşdırdım, Prezident Administrasiyasının rəsmi arxivindəki bütün təsis və ya mükafatlandırma, rəsmi qəbul protokollarını özündə əks etdirən nəşrləri izlədim. Belə bir rəsmi qəbula, qol saatı bağışlama məsələsinə rast gəlmədim. Hətta E.Abdullayev xatırlayırsa, bir dəfə indi həbsdə olan yaxın dostu Məhəmməd İmanlı ilə Moskvaya gəlmişdi və yenə də onların hər ikisinə hansısa “mükafat” verilmişdi. Təxminən 2009-2010-cu ildə. Onda bir toplantıda bir nəfər ondan Rusiyanın ən yüksək dövlət mükafatlarından biri sayılan “1-ci dərəcəli Yenilməz Pyotr" ordeni barədə soruşdu... O isə mövzunu dəyişərək bu suala qəti şəkildə aydınlıq gətirmədi... İndi düşünürəm ki, məlum qol saatı Putin tərəfindən ona ya Kremilin həyətindəki parkda gəzərkən Elşad Abdullayevə hədiyyə edilib, ya da... "
Tanınmış vəkil Ramiz Zeynalov da deyib ki, Elşad Abdullayevin mükafatları saxtadır:
- Siz təsəvvür edirsinizmi, bu saxtakar daha nələrə əl atıb... Mən dəhşətə gəlirəm... Azərbaycanda bu “maşennik"in təhsilimizdəki “xidmətləri" hamıya məlumdur... ABU-nun korrupsiya yuvası olmasından başlamış, digər korrupsiya əməllərinə, saxta diplom və “perevod"larına kimi... Elşad Abdullayev Azərbaycanda korrupsiya yuvası yaradıb milyonlar yığırdı, indi həmin pullar sayəsində də Fransada yerləşib Azərbaycan Prezidentini, Azərbaycan dövlətini təhdid edir...


Teqlər:  





Xəbər lenti