Bahar Muradova: “Silahlar bizdən daha çox danışır”

Bahar Muradova: “Silahlar bizdən daha çox danışır”
  12 İyun 2019    Oxunub:2559
"Dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkir. Burada informasiya terroru da rol oynayır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

"Silahlar bizdən daha çox danışır. Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik" - deyə B.Muradova qeyd edib.

B.Muradova Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması dialoq qurulması istiqamətində atılan addımlara töhvə verəcəyini bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti