“Azərbaycan almanlar üçün sığınacaq yeri olub” - Tomas Operman

 “Azərbaycan almanlar üçün sığınacaq yeri olub” -   Tomas Operman
  12 İyun 2019    Oxunub:2440
"Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır".

Azvision.az xəbər verir ki, bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.
Vitse-prezident qeyd edib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olur: "Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Bundestaq   Almaniya  





Xəbər lenti