Birincilərin bayramı - VİDEOREPORTAJ

  12 İyun 2019    Oxunub : 4041
 Birincilərin bayramı - VİDEOREPORTAJ
Cari tədris ilinin başa çatmasına sayılı günlər qalır. Orta məktəblərdə birinci sinif şagirdləri dərs ilinin yekunlaşması münasibətilə tədbirlər keçirirlər.

Azvision.az xəbər verir ki, Bakı şəhəri, Elşad Həmidov adına 267 nömrəli məktəb - liseyin 1A sinif şagirdləri ilk tədris illərini başa vurmaları münasibətilə bayram şənliyi təşkil ediblər.


Əvvəlcə birincilərin sinif otağına baş çəkdik. Burada bizi qarşılayan sinif rəhbəri Gülşən İbrahimova ömrünün 30 ilini ibtidai sinif müəllimliyinə həsr edib. O, bildirdi ki, sənətini və uşaqlarla işləməyi çox sevir və şagirdlərinin əldə etdiyi uğurlarla qürur duyur.



Birincilər də bizi əliboş qarşılamadılar. 1 il ərzində öyəndiklərindən danışdılar. Daha sonra birincilər bayram şənliyinin keçiriləcəyi məkana, məktəbin tədir zalına yollandılar. Mərasimdə iştirak edən valideynlər sevinclərini bizimlə bölüşdülər.



Valideynlərdən fərqli olaraq birincilər heç də həyəcanlı deyildilər. Bir-birinin ardınca şeir, rəqs nömrələri ilə çıxış edir. Hərdən nağıllar alıminə baş vurur, maraqlı səhnəciklər göstərirdilər.

Biz də öz növbəmizdə birinciləri təbrik edir, Onlara yeni-yeni uğurlar əldə etməyi arzulayırıq.

Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Məktəb