“ABŞ misli görünməmiş sanskiyalar tətbiq edib” - Ruhani

 “ABŞ misli görünməmiş sanskiyalar tətbiq edib” -  Ruhani
  12 İyun 2019    Oxunub:1891
“Düşmənlərin təbliğatına baxmayaraq, ölkədə vəziyyət çox yaxşıdır. İran xalqı bilməlidir ki, ABŞ-ın İrana təzyiqi maksimal həddə çatıb. Amma onların gücü praktiki olaraq bitir və bundan sonra da effektiv olmayacaq”.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər kabinetinin bu gün keçirilən iclasında deyib. Ruhani bildirib ki, ABŞ ötən il ərzində misli görünməmiş sanskiyalar tətbiq edib, təzyiqlər göstərib:

“Bu təzyiqlərə, düşmənlərin təbliğatına baxmayaraq, bizim çox yaxşı şəraitimiz var. Ancaq bu, o demək deyil ki, ölkədə problem yoxdur və ya hamısı aradan qaldırılıb. ABŞ İrana qarşı iqtisadi terror edir. Bu, tarixə həkk olunacaq. Eyni zamanda bütün təzyiqlərə baxmayaraq, İran xalqı müqavimət göstərir. Hamı bilir ki, problemlərdə ABŞ günahkardır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti