Tramp Putinlə görüşmək istəmir? - Moskva narazıdır

  12 İyun 2019    Oxunub : 1184
 Tramp Putinlə görüşmək istəmir? - Moskva narazıdır
“Vaşinqton bundan öncə verdiyi bəyanatlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla Osakada keçiriləcək G20 sammitində görüşünün təşkili ilə bağlı hansısa tədbir görməyib”
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Diplomatın sözlərinə görə, bu səviyyədə əlaqələr şifahi bildirişlər əsasında qurulmur.

Nazir müavini etiraf edib ki, ABŞ-dan görüşlə bağlı müsbət impuls alınmayıb: “Bunun üçün bəzi diplomatik işlər, müəyən olumuş səylər tələb olunur. Vaşinqtondan bununla bağlı hansısa istək daxil olmayıb. Ancaq biz Amerika tərəfindən müvafiq impulsların olması ilə əlaqədar istiqamətlənməyə davam edirik”.

Diplomat, həmçinin vurğulayıb ki, qarşı tərəf səy göstərməsə, əlaqələr effektli ola bilməz.

Qeyd edək ki, ABŞ tərəfi isə Trampla Vladimir Putinin görüşünə hazır olduğunu bəyan edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Tramp   Putin   Moskva   XİN