Bakıda 13 məktəb təmir edilib, 6-sı yeni tikilib

  12 İyun 2019    Oxunub : 1442
Bakıda 13 məktəb təmir edilib, 6-sı yeni tikilib
2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.

“Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb”.

Azvision.az

Teqlər: BŞTİ   Məktəb