Xalq artistinin 70 illik yubileyi qeyd olunub

  13 İyun 2019    Oxunub : 1454
Xalq artistinin 70 illik yubileyi qeyd olunub
İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Gecədə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunub. Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.

Azvision.az

Teqlər: Xalq-artisti   Yubiley