Yohannes Han: “Azərbaycan düzgün yol seçib”

   Yohannes Han:    “Azərbaycan düzgün yol seçib”
  13 İyun 2019    Oxunub:2456
"Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşlardan biridir. Xüsusilə də iqtisadi və ticarət baxımından"
Azvision.az xəbər verir ki, bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Bakıda jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətindəki səylərini dəstəkləyir: "Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Nümunə üçün, ötən il Azərbaycanda İKT sektorunda 9 faiz artım olub. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq".

Y.Han ümid edir ki, Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa dair saziş tezliklə imzalanacaq.

"Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Tərəflər arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Saziş Aİ-nin əsas prioritetlərindən biridir. Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq".

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Avropa-İttifaqı   Yohannes-Han   Saziş  





Xəbər lenti