Rusiya bölgələri PUA-ların kütləvi hücumuna məruz qalıb

Rusiya bölgələri PUA-ların kütləvi hücumuna məruz qalıb
  15 Noyabr 2024    Oxunub:566
Ötən gecə Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemləri Krım yarımadası, Belqorod vilayəti, Krasnodar diyarı və Azov dənizi üzərində Ukraynanın 51 pilotsuz təyyarəsini vurub.
AzVision.az xəbər verir ki, Rusiyanın Müdafiə nazirliyi ölkənin HHM sistemlərinin Ukraynaya məxsus 51 PUA-nı məhv etdiyini açıqlayıb. Onlardan 36-nın Krasnodar diyarı, 3-nün Krım Respublikası, 2-nin Belqorod vilayəti ərazisində, 10-nun isə Azov dənizi üzərində vurulduğu bildirilir.

Bundan əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev iki rayonun iri pilotsuz təyyarə hücumuna məruz qalması barədə məlumat yayıb.

“Bu gecə rayonun iki bələdiyyəsi iri pilotsuz təyyarə hücumuna məruz qalıb. Bizim hava hücumundan müdafiə sistemlərimiz Krım və Krasnoarmeyski bölgələrində onlarla PUA-nı ələ keçirib”, - qubernator sosial şəbəkələrdə yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   PUA-lar   hücumlar  





Xəbər lenti