Xüsusi qayğıya ehtiyacı olan şagirdlər - FOTOLAR

Xüsusi qayğıya ehtiyacı olan şagirdlər -    FOTOLAR
  14 İyun 2019    Oxunub:2877
Paytaxt məktəbində xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün 2018-2019-cu tədris ilinin sonu ilə bağlı buraxılış tədbiri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, “Bizim dünyamız” adlı tədbir 219 nömrəli evdə təhsil məktəbində təşkil olunub. Məktəbin direktoru Sahilə Əliyeva xüsusi təhsilin inkişafı istiqamətində ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. O, məktəbin fəaliyyəti haqqında ümumi məlumat verib, 2018-2019-cu tədris ilində burada 359 şagirdin təhsil aldığını bildirib.



Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Samirə Bektaşi ölkəmizdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan söz açıb. O, sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətlərində Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü işlər görüldüyünü, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblərin əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu diqqətə çatdırıb. S.Bektaşi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratdığını da qeyd edib.







Azvision.az



Teqlər: Məktəb   Şagird  





Xəbər lenti