Heydər Camal: “Hicab seksual gərginliyi artırır”

Heydər Camal: “Hicab seksual gərginliyi artırır”
  27 Noyabr 2013    Oxunub:3456
Rusiya islamçılarının tanınmış simalarından biri, filosof Heydər Camal islamnews.ru saytına müsahibəsində hicabla bağlı bir sıra fikirlərini bölüşüb. AzVision.az müsahibədən bəzi məqamları ixtisarla təqdim edir:
- Hicab istənilən formada gözəldir. İran çadrası da, hətta niqab da... Bir şeyi də qeyd etməliyəm ki, hicabın və qadının örtünməsinin məqsədi həm də cəmiyyətdə seksual tonusu saxlamaq, cinsləri qütbləşdirməkdir. Qadınlar çılpaq gəzəndə kişiləri daha maraqlandırmırlar, bunu hamı bilir. Qapalı qadın isə bir sirr, tapmacadır və bu, libidonu gücləndirir. Cinslər ayrı-ayrı qütblərdə olmalıdırlar ki, onların arasında yüksək gərginlik yaransın. Libido –böyük sərvətdir. Beləcə, hicab qadını örtməklə seksual gərginliyi artırır.

- Necə yəni? Belə çıxır ki, hicab seksual ola bilər və bu, onun mahiyyətinə zidd deyil?

- Ziddiyyət yoxdur. O başqa məsələdir ki, bəzi ekstremal sufilər İslamın mahiyyətini təhrif ediblər. İnsan hisslərini sıxmaq, boğmaq, orta cinsə çevrilmək İslamda yoxdur. Belə məqsəd xristian rahiblərində olub. O cümlədən də, zərdüştilərdə. Onlar səma səltənətində yer tuta bilmək üçün cinsi hissləri olmayan mələyə çevrilmək istəyirdilər. Görünür, radikal sufi kanalları vasitəsilə müasir müsəlmanlara da bu təsir gəlib çatıb. Amma bu, İslamın ruhuna və qadınlara, həmçinin seksə tamam fərqli yanaşan peyğəmbər səhabələrinin mentalitetinə ziddir.

Gözəllik cinsi hisslərdən asılı olan təəssüratdır. Əgər siz bir neçə ay cinsi münasibətdə olmasanız, hətta eybəcər, eynəkli timsaha bənzəyən qadın da gözünüzə Naomi Kempbell kimi görünəcək. Cinsi münasibətlərdən doymuş olduğunuz vəziyyətdə isə hətta gözəl qadının da üzündə civzələr axtaracaq, min dənə qüsur tapacaqsınız. Yəni bunlar subyektiv məsələlərdir. Şəxsən mənim fikrimcə, hicablı qadınlar çox cazibədardırlar.

Tariyel
AzVision.az




Teqlər:  





Xəbər lenti