Bu gün Azərbaycanda “Son zəng”dir
Azvision.az xəbər verir ki, cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
Yeni tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, "Son zəng" tədbirləri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.
Azvision.az