Nazir məcburi köçkünlərin “Son zəng”ində - FOTOLAR

 Nazir məcburi köçkünlərin “Son zəng”ində -    FOTOLAR
  14 İyun 2019    Oxunub:3552
Təhsil naziri Ceyhun Bayramov Sumqayıtda yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən "Son zəng" mərasimində iştirak edib.
Azvision.az xəbər verir ki, bu il məcburi köçkünlər üçün salınan yaşayış məskənindəki məktəbdən 28 şagird məzun olur. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır.

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edərək, onlara uğurlar arzulayıb.

"Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hər tərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynləriniz üçün gözəl övladlar, müəllimləriniz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız".























Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Ceyhun-Bayramov  





Xəbər lenti